Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Adını, ata adını, soyadını dəyişdirənlər-STATİSTİKA

 

Bu ilin üç ayında Azərbaycanda adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb.

Yenixeber.org: Ədliyyə Nazirliyindən  bildirilib ki, hesabat dövründə qeydiyyat orqanlarında 557 vətəndaşın adının, ata adının və soyadının, dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, 2022-ci ildə 2300-dən artıq vətəndaşın adının, ata adının və soyadının dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.

Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam