Adıyamanda yenə də zəlzələ oldu
Türkiyənin Adıyaman vilayətində yenidən zəlzələ qeydə alınıb.
Yenixeber.org: Bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Sincik rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.