Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ermənistanın 24TV kanalı: "Tehran Bakını zəfərə görə cəzalandırmaq istəyir"

 
Ermənistan son zamanlar İran-Azərbaycan münasibətlərində yaranmış gərginlikdən maksimum istifadə etməyə çalışır. İş o yerə çatıb ki, informasiya cəbhəsində belə erməni ekspertlər, separatçılar sərsəm fikirlər, iddialar sələndirməyə başlayıblar.
Yenixeber.org: Məsələn, qondarma rejimin keçmiş "xarici işlər naziri" Arman Melikyan 24TV-nin efirində çıxışı zamanı cənub qonşularını xeyli tərifləyib. O hətta İranın guya Azərbaycanı hərbi cəhətdən cazalandırmaq iqtidarında olduğunu da iddia edib. Daha doğrusu, İrəvanın yeni müttəfiqi hazırda buna çalışır.
 

Melikyan bir qədər də irəli gedərək qeyd edib ki, "Kiyev Moskva üçün necə bir şəhərdisə, Bakı da İran üçün eyni şəhərə çevrilir. Azərbaycan paytaxtı İkinci Qarabağ müharibəsinin bədəlini ödəməlidir". Sərsəm separatçı müharibənin bitmədiyini, hələ də davam etdiyini söyləyib.

Melikyanın sözlərinə görə, yeni aktiv və genişmiqyaslı müharibənin başlayacağı təqdirdə meydanda ermənilərin heç bir müttəfiqi görünməyəcək. Yəni belə bir müttəfiq qalmayıb: "Maraqlar yalnız İranla üst-üstə düşə bilər. Amma ümumilikdə erməni tərəfi özünə arxalanmağı bacarmalıdır. Separatçı həm də onu proqnozlaşdırıb ki, əgər Bakı İrəvanla yeni toqquşamada uğur qazansa, Rusiya-İran və Rusiya-Çin münasibətləri də kəsiləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam