Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran vətəndaşından onlayn narkotik alanlar saxlanıldı -FOTOLAR

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 14 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən və oğurluq cinayəti törədən ümumilikdə 16 nəfər tutularaq istintaqa təqdim olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotiklərin satışını həyata keçirən Salyan rayon sakini Rafiq Rüstəmov və Ağdaş şəhər sakini Kəmalə Mustafayeva saxlanılıb. Şəxsi axtarış zamanı Kəmalə Mustafatevadan 46 bükümdə satış məqsədilə üzərində daşıdığı heroin və metamfetamin, eləcə də “Tramadol” həbləri, Rafiq Rüstəmovdan isə heroin və psixotrop tərkibli dərmanlar aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduqları “Rasim” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə 300 manata əldə etdikləri məlum olub.

Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər məsuliyyətə cəlb edilib. Onların üzərindən və bəzilərinin yaşadıqları ünvanlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təhvil verilib.

Aprelin 9-da isə rayonun Zeynəddin kəndində yerləşən istixanadan ümumi dəyəri 1000 manatdan artıq olan qaynaq aparatının, təmir-tikinti alətlərinin, elektrik naqillərinin və digər avadanlıqların oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin Allahverdi Söyünalıyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin oğurladıqlarının bir hissəsini satdığı, qalanlarını isə yaşadığı ünvanda gizlətdiyi məlum olub.

Tədbirlərin davam olaraq onun gizlətdiyi əşyalar da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam