Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Parlamentdə hakimlərin korrupsiyası araşdırıla bilər

Gürcüstanda müxalif deputatlar ölkə Prezidenti Salome Zurabişvilidən korrupsiyada ittiham olunan dörd gürcüstanlı hakimə qarşı ABŞ sanksiyaları ilə bağlı müvəqqəti komissiyanın yaradılması məsələsinə baxılması üçün aprelin 11-nə parlamentin növbədənkənar iclasının təyin olunması ilə bağlı müraciət ediblər.

Yenixeber.org: S.Zurabişvili 46 müxalifət deputatının müraciətinə hələ ki, cavab verməyib.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ədliyyə Şurasının üzvləri ilə görüşüb və bütün hakimlərə dəstəyini bildirib.

“Hökumət başçısı və hakim partiyanın nümayəndəsi kimi, mən bütün hakimləri tam dəstəkləyirəm. Hakimiyyətimiz dövründə məhkəmə müstəqil olub, ona nə daxildən, nə də başqa ölkələrdən müdaxilə edilə bilməyəcək hala gəlib. Təbii ki, hakimlərə hər hansı müdaxilə və ya onların hansısa təsirə məruz qalması qəbuledilməzdir”, - İ.Qaribaşvili deyib.

Xatırladaq ki, aprelin 5-də ABŞ Dövlət katibi Antoni Blinken dörd yüksək vəzifəli gürcüstanlı hakimə - Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadzeyə qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb. Sanksiya korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə tətbiq edilib.(“İnterfaks”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam