Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əvəz Zeynallının məhkəməsində qalmaqal-hakimlər zalı tərk etdi

 

          Bu gün jurnalist Əvəz Zeynallının növbəti məhkəmə prosesi keçirilib.

Yenixeber.org: Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib. Əvəz Zeynallı ilə yanaşı, prosesdə "Səda TV" yutub kanalının rəhbəri Elnur Şükürov də təqsirləndirilən şəxs qismində iştirak edib.

Prosesdə Əvəz Zeynallının vəkilləri onun səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılmasını istəyiblər. Müdafiəçilər bildirib ki, Əvəz Zeynallı görmə qabiliyyətini itirmə təhlükəsi ilə üz-üzədir. Onun daha əvvəl də müayinədən keçməsinə dair həkim rəyi də aidiyyəti üzrə təqdim edilib. Ə.Zeynallı özü də vəsatətə münasibət bildirərkən qeyd edib ki, məhkəmə onun əməliyyat olunması üçün şərait yaratmalıdır.Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını xahiş edib. O, Ə.Zeynallının cinayət əməlinin ictimai ağırlığını nəzərə alaraq ev dustaqlığına buraxılmasını məqbul saymayıb.Hakimlər müşavirə keçirərək elan ediblər ki, Ə.Zeynallı ev dustaqlığına buraxılacağı təqdirdə zərərçəkmiş və şahidlərə təsir göstərə bilər. Səhhəti ilə bağlı problemin isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində aparılmasının mümkün olduğu vurğulanıb. Bu əsaslarla vəsatət təmin olunmayıb.Daha sonra prokuror ittiham aktını elan edib. İttiham aktı elan olunan zaman proses iştirakçılar çıxışı eşidə bilmədiyi üçün etiraz edib. Prokurordan mikrofonla danışması xahiş edilib. Lakin məhkəmə zalında mikrofonlar işləmədiyi üçün ittihamçı çıxışına bu formada davam edib.

Əvəz Zeynallı ittihamla razı olmadığını deyərək bir neçə dəfə prokurorun çıxışını kəsib. Hakimlər prosesin gedişatının pozulması səbəbi ilə zalı tərk ediblər. Məhkəmə təxirə salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam