Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İranlı turistlərin sayı azalıb

 


Ötən ay ölkəyə 136 505 nəfər gəlib.

Yenixeber.org: Dövlət Turizm Agentliyin xəbərinə görə bu,  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çox olub. Belə ki, ötən ilin martında ölkəyə 95 844 nəfər səfər edib.

Bu ilin 3 ayı ərzində isə ölkəyə gələnlərin sayı 369 072 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (246 277 nəfər) 50 faiz çox olub.

Ötən ay gəlmə sayına görə, Rusiya (43 966), Türkiyə (30 396), İran (12 123), Gürcüstan (7476) və Hindistan (6766) ilk beşlikdə yer alıb.

Keçən ilin ilk 3 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə İrandan gələnlərin sayında 6 faiz azalma qeydə alınıb.

Gəlmə sayına görə, 2022-ci illə müqayisədə ən çox artım Şimal Şərqi Asiya (233 %), Cənubi Asiya (228 %), Mərkəzi Asiya (212 %) və Cənub Şərqi Asiya (183 %) regionunun payına düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam