İsrailin Təl-Əviv şəhərində atışma olub, yaralananlar var.

Yenixeber.org: Bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb

Hücum zamanı 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. Polis hücum edən şəxsi zərərsizləşdirib. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Polis bildirib ki, naməlum şəxs avtomobillə Təl-Əvivin Çarlz Klor dənizkənarı parkında piyadaları vurub, bundan sonra o, zərərsizləşdirilib.

Bundan əvvəl "Kan" radiosu Tel-Əviv sahilində atışma nəticəsində iki nəfərin yaralandığını bildirmişdi.