Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

 ASAPES-də “Alman-Azərbaycan Tibb işçiləri birliyi” ilə görüş keçirilib -FOTOLAR

 Almaniyanın nüfuzlu “Cosmopolitan Aesthetics Hannover” klinikasının rəhbəri Abbas Əhmədli və Almaniyanın Hannover Tibb Universitetində Plastik və Rekonstruktiv cərrahiyyə üzrə rezidentura təhsili almış, hazırda “Cosmopolitan Aesthetics Hannover” klinikasının Dəri xərçəngi mərkəzinə rəhbərlik edən Gülşən Əhmədli ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rəhbər şəxləri arasında görüş keçirilib.
Akademiyadan Yenixeber.org-a verilən məlumata görə, əvvəlcə Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə qonaqları Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanış edərək hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verib.
Daha sonra ASAPES-in rektoru Fuad Hacıyev, Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə, İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Sabina Abuzər və qonaqlar arasında görüş keçirilib.
Görüş zamanı Akademiyada həyata keçirilən tədbirlər və layihələr, Elmi-tədris laboratoriyasının iş fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Bu müzakirələr çərçivəsində ASAPES-də reabilitasiya sahəsində 2 ixtisas üzrə mütəxəssislərin hazırlanmasının və bu sahədə elmi işlərin aparılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Akademiya rəhbərliyi həmçinin Elmi-Tədris Laboratoriyasında qazilərin və hərbi qulluqçuların həyata keçirilən bərpa müalicəsinin nəticələri barədə qonaqlara məlumat verib.
Görüşdə “Alman-Azərbaycan Tibb işçiləri birliyi” ilə ASAPES arasında reabilitasiya sahəsində gələcək əməkdaşlıq məsələləri geniş müzakirə edilib.
 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam