Bu prezidentə də “TOGG” hədiyyə edildi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan lideri Şavkat Mirziyoyevə yerli istehsal olan "TOGG" elektromobilini hədiyyə edib.
Yenixeber.org: Bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.
Bununla da indiyədək "TOGG" avtomobilinə üç prezident sahib olub.
Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “TOGG” Azərbaycan Prezidenti İlham Əliyevə, bir gün əvvəl isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana təqdim edilib.