Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

İlham Əliyev "Togg"ı bu tarixdə alır -AÇIQLAMA

Türkiyənin yerli və milli avtomobili olan "Togg" sabah Azərbaycan prezidenti İlham Əliyev üçün Azərbaycana gətiriləcək.

Yenixeber.org: Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra Türkiyənin yerli və milli avtomobili “Togg”u alan ikinci şəxs Azərbaycan prezidenti İlham Əliyev olacaq.

Azərbaycan prezidenti avtomobili sabah paytaxt Bakıda keçiriləcək mərasimlə təslim alacaq.

Mərasim Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varankın avtomobilin açarını İlham Əliyevə təqdim etməsi ilə başlayacaq, "Togg" şirkətinin baş direktoru Mehmet Gürcan Karakaşın Azərbaycan liderini "Togg"un texniki xüsusiyyətləri haqqında məlumatlandırması və İlham Əliyevin avtomobili idarə etməsi ilə başa çatacaq.

Qeyd edək ki, fevral ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə veriləcəyini açıqlamışdı.

Ərdoğan bildirmişdi ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycan Prezidenti İlham Əliyev istəyib: "Dərhal növbəyə İlham bəy keçdi. Əliyev ikincini mənə verin dedi".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam