Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Bu ölkədə ehtiyatda olan hərbçilər orduya çağırılır -SƏBƏB

Livandan və Qəzza zolağından raket zərbələrinin endirilməsi fonunda İsrailin Baş Qərargah rəisi Herzi Halevi vəziyyəti qiymətləndirmək üçün təhlükəsizlik orqanları ilə görüş keçirib.

Yenixeber.org: Halevi toplantıdan sonra ehtiyatda olan bir sıra əsgərlərin xidmətə çağırılması barədə göstəriş verib.

Məlumata görə, ehtiyatda olan döyüş təyyarələrinin pilotları, pilotsuz uçuş aparatları operatorları və hava hücumundan müdafiə sistemi mütəxəssisləri hərbi xidmətə çağırılacaq.

İsrailin müdafiə naziri Yoav Gallant ölkənin Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak), Xarici Kəşfiyyat Təşkilatı Mosssad və ordu komandanlığı ilə görüşdükdən sonra təhlükəsizlik tədbirlərinin artırılması barədə göstəriş verib.

Qeyd edək ki, aprelin 6-da Livan və Qəzza zolağından İsrail ərazisi atəşə tutulub. Aprelin 7-nə keçən gecə İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə də zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkənin “düşmənləri ağır bədəl ödəyəcək".

Ümumilikdə Livandan İsrail ərazisinə 34 raket atılıb. Raketlərdən 25-nin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, 5-nin İsrail ərazisinə düşdüyü bildirilib. İsrail hücumun HƏMAS qruplaşması tərəfindən həyata keçirildiyini açıqlayıb. Buna cavab olaraq İsrail ordusu Livan və Qəzzaya cavab zərbələri endirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam