Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Ruslar Avropa Oyunlarına buraxılmayacaqlar -SƏBƏB

Ruslar Avropa Oyunlarına buraxılmayacaqlar
Avropa Oyunlarının təşkilat komitəsinin sədri Marçin Novak Beynəlxalq Olimpiya Komitəsinin (BOK) son bəyanatlarına baxmayaraq, yarışlarda Rusiya və Belarus idmançılarının olmayacağını bildirib.
Yenixeber.org: “Rusiya Federasiyası və Belarusu təmsil edən idmançılar heç bir bəhanə ilə bizim oyunlarda olmayacaqlar”, - deyə Novak bildirib.Novak çıxışında əlavə edib ki, əgər ayrı-ayrı federasiyalar Avropa Oyunlarında idmançıları Olimpiya Oyunlarına hazırlıq imkanından məhrum edərlərsə, yarış baş tutmaya bilər.
Avropa Oyunları 2023-cü il iyunun 9-dan 25-dək Polşa şəhərlərində keçiriləcək. Martın 28-də İsveçrədə BOK-un İcraiyyə Komitəsinin iclasının birinci günü keçirilib. İclasda Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılması məsələsi müzakirə olunub.
Təşkilat idmançıların hərbi əməliyyatları dəstəkləməkdə fəal iştirak etmədiyi təqdirdə ruslara neytral statusun verilməsini tövsiyə edib. Hüquq-mühafizə orqanlarını və silahlı qüvvələri təmsil edən idmançılar yarışa buraxılmayacaqlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam