Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

ABŞ Suriyada "Sepah"la əlaqəli obyektlərə zərbə endirib

 

ABŞ silahlı qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriyadakı obyektlərinə bir sıra hava zərbələri endirib.

Yenixeber.org: Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 23-də ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində “bir amerikalı müqaviləli hərbçi ölüb, beş ABŞ hərbi qulluqçusu və bir amerikalı müqaviləli hərbçi yaralanıb”.

“Prezident Baydenin (ABŞ Prezidenti Cozef Bayden - red.) əmri ilə mən ABŞ Mərkəzi Komandanlıq qüvvələrinə bu gecə Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qrupların istifadə etdiyi obyektlərə dəqiq hava zərbələri endirmək icazəsi verdim. Aviazərbələr bugünkü hücuma, eləcə də “Sepah” ilə əlaqəli qrupların Suriyadakı koalisiya qüvvələrinə son hücumlarına cavab olaraq həyata keçirilib”, - ABŞ müdafiə naziri Lloyd Ostin vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam