Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə 10 avtoqol qeydə alınıb

 

Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə indiyə qədər 10 avtoqol qeydə alınıb.

Yenixeber.org: Bunun üçü geridə qalan XXIV turda baş verib.

Ümumilikdə cari mövsüm avtoqola ən çox üzülən komanda “Şamaxı”dır. Bölgə təmsilçisinin 3 futbolçusu II dövrə matçlarında topu öz qapısına göndərməklə diqqət çəkib. Digər bölgə komandası “Turan Tovuz”da bu say 2-dir. Qərblilər III və XVI turda avtoqolla rəqibi sevindiriblər.

Digər 5 avtoqolun hər biri fərqli klubun oyunçusunun passivinə yazılıb. Bunlar “Qəbələ”, “Zirə”, “Səbail”, “Kəpəz” və “Neftçi”dir. Cari mövsüm hələlik yalnız “Qarabağ”, “Sabah” və “Sumqayıt”ın futbolçuları müdafiə olunarkən topa düzgün müdaxilə edə biliblər.

Mövsümün ilk yarısındakı 18 turda ümumilikdə 5 avtoqol qeydə alınıbsa, futbolçular 2023-cü ilə daha “məhsuldar” başlayıblar. Təsadüfi deyil ki, yeni ildə cəmi 6 tur geridə qalsa da, artıq ilk yarının göstəricisi təkrarlanıb.

Oyunçular əsasən ikinci hissədə öz qapıçılarını məyus ediblər. 10 avtoqoldan yalnız 2-si birinci hissədə vurulub. Müdafiəçilər daha çox son dəqiqələrdə diqqətli olmalıdırlar. Çünki avtoqollardan 6-sı matçların 80-ci dəqiqəsindən sonra qeydə alınıb.

Avtoqol olan qarşılaşmaların 5-də topu öz qapısından keçirən futbolçunun komandası məğlub olmayıb. Bunun 3-ü geridə qalan XXIV tura təsadüf edib. İki dəfə isə avtoqola baxmayaraq, komanda meydanı qalib tərk etməyi bacarıb.

2022/2023 mövsümündə vurulan avtoqollar:

III tur: Vüsal Məsimov (“Turan Tovuz”). “Qarabağ” – 0:2

X tur: Adil Nağıyev (“Şamaxı”). “Qəbələ” – 1:1

XII tur: Cəlal Hüseynov (“Şamaxı”). “Qarabağ” – 0:4

XVI tur: Kamal Bayramov (“Turan Tovuz”). “Zirə” – 1:2

XVIII tur: Fuad Bayramov (“Şamaxı”). “Neftçi” – 0:3

XXIII tur: İsnik Alimi (“Qəbələ”). “Sumqayıt” – 2:1

XXIII tur: Qismət Alıyev (“Zirə”). “Qarabağ” – 0:1

XXIV tur: Qustavo de Fransa (“Səbail”). “Qəbələ” – 2:2

XXIV tur: Yusif Nəbiyev (“Kəpəz”). “Sumqayıt” – 2:1

XXIV tur: Höccət Haqverdi (“Neftçi”). “Qarabağ” – 1:1


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam