Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

NAZİR ƏVƏZİ SABİQ NAZİRİN KADR SİYASƏTİNİ TƏNQİD ETDİ -30-dan çox vəzifəli şəxsi işdən çıxardı

Yenixeber.org: Belə ki, keçmiş nazir Anar Kərimovun dövründə necə gəldi vəzifəyə təyin olunan, şəxsi münasibətlər zəminində irəli çəkilən, amma bacarığı və peşəkarlığı ilə nazirliyin fəaliyyətinə uyğun gəlməyən şəxslər ortaya çıxarılır, barələrində ciddi ölçü götürülür və müqavilələrinə xitam verilərək nazirlikdən uzaqlaşdırılır.

Bildirilir ki, son iki ayda Mədəniyyət Nazirliyinin sistemində, regional idarə və şöbələrində fəaliyyətində ciddi nöqsan aşkarlanmış 30-dan çox rəhbər şəxs və əməkdaş işdən çıxarılıb.

Məlumata görə, bu gün mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin əmri ilə nazir müşaviri Fuad Məmmədov, nazirliyin teatr sektorunun müdiri Könül Cəfərova, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da vəzifəsindən azad edilib.

Göründüyü kimi proses yeni başlasa da, sürətlə davam etməkdədir. Yaxın günlərdə sözügedən vəzifələrə də yeni təyinatların olacağı gözlənilir. (qafqazinfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam