Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Zərdab Rayon Polis Şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməliyyat keçirtdi -Saxlanılanlar var

 

Zərdab Rayon Polis Şöbəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayonu ərazisində quraşdırılmış transformatorlardan elektrik açarlarını oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elnur Əsədov və Bakı şəhər sakini Kamal Piriyev müəyyən olunaraq istintaqa cəlb olunublar.

Həmin şəxslərin ətrafında aparılan istintaq hərəkətləri ilə müəyyən edilib ki, E.Əsədov və K.Piriyev cari ilin yanvar və fevral ayları ərzində rayonun Hüseynxanlı, Gəlmə, İsaqbağı və Qaravəlli kəndləri ərazisində yerləşən 6, eləcə də şəhər ərazisində yerləşən bir transformatordan ümumilikdə 24 ədəd elektrik açarı oğurlayaraq rayonun elektrik şəbəkəsinə 7100 manat ziyan vurublar. Həmin açarların bir qismini dəyərindən ucuz qiymətə satan dəstə üzvləri, əldə etdikləri pulları öz aralarında bölüblər. Elektrik açarlarının bir qismi, eləcə də onların oğurluq hadisəsi zamanı istifadə etdikləri alətlər polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Zərdab RPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. E.Əsədov və K.Piriyevin digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam