Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu ölkə də Rusiya qazından qurtuldu -RƏSMİ AÇIQLAMA

               “Artıq Rusiya qazından asılı deyilik”. 

Yenixeber.org: Bunu Niderlandın XİN başçısı Vopke Qupstra bildirib.

Xarici İşlər naziri deyib ki, Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan sonra ölkəsi Rusiya təbii qazından asılılıqdan qurtulmaq barədə ciddi düşünməyə başlayıb və nəhayət, bu asılılığı aradan qaldırmağa nail olub. Bunun üçün isə qaz təminatının diversifikasiyası aparılıb və digər qaz alışı mənbələrinə müraciət edilib.

XİN başçısı əlavə edib ki, Ukraynaya göstərdikləri hərtərəfli dəstəyi bundan sonra da davam etdirəcəklər.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan sonra əksər Avropa ölkələri Rusiya qazından və neftindən imtina edib. Rusiya təbii qazının ən böyük alıcısı olan Almaniya gözlənilməz dərəcədə qısa müddətdə özünün qaz təminatında dönüşə nail olub və artıq Avropanı donduracağını düşünən Rusiyanın qazından asılı deyil. Rusiyanınsa bu müharibədən aldığı çoxsaylı zərbələrdən biri ən gəlirli Avropa enerji bazarını itirməsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam