Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Hərbçilərin sığortası ilə bağlı bir il vaxt verildi

Hərbçilərin sığortası ilə bağlı bir il vaxt verildi
Müdafiə Nazirliyi dövlət icbari şəxsi sığorta haqqının 2023-cü il yanvarın 1-dən 2024-cü il yanvarın 1-dək ümumi say tərkibinə uyğun olaraq ödənilməsini təmin etməlidir.
Yenixeber.org: Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması qaydası”nda əksini tapıb.
Müdafiə Nazirliyi barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlarına unikal kodun verilməsi üçün ən geci 2024-cü il iyunun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir.
Qeyd edək ki, qərara əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti - on bir min manat sığorta məbləğinin 1 (bir) faizi miqdarındadır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam