Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

İranda imamcümə hakimiyyəti etirazçı xalqın istəklərini təmin etməyə çağırır

 İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində 20-ci cümədir etiraz aksiyaları keçirilib.
Yenixeber.org: Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, sentyabrın 17-dən etibarən hər həftənin cümə günü məsciddə namaz qılındıqdan sonra əyalətdə rejimə qarşı etiraz aksiyaları keçirilir. Rejimin hərbi-polis qüvvələri əhalinin məscidlərə toplanmasının qarşısını almaq məqsədilə yolları bağlayıb. Bununla belə, sakinlər “Diktatira ölüm!” şüarı ilə nümayiş keçiriblər.
Məlumata görə, Xaş şəhərinin sakinləri də rejim əleyhinə şüarlarla küçələrə çıxıb.
Zahidanın imamcüməsi Əbdülhəmid İsmayılzahi xütbəsində bildirib ki, əgər insanlar dini hakimiyyəti istəmirsə, onların bu istəkləri təmin olunmalıdır. O, mövcud hakimiyyətin dedikləri ilə dini məsələlərin uyğun gəlmədiyini də vurğulayıb. İslam hökumətinin başqa bir anlayışı da var ki, burada hökmdar xalq tərəfindən müəyyən edilir. O, İslam Respublikasını xalqın “ixtiyarına” və “iradəsinə tabe” olmağa çağırıb.
İmamcümə indiki rejimin iddia etdiyi İslamla İmam Əlinin islamı arasında fərqin olduğunu vurğulayıb: “İnandığımız başqa bir İslam anlayışı var - bu da Həzrət Əlinin ədalətidir”.
Tehran rejiminin tətbiq etdiyi hicab qaydalarına etiraz davam edir.
Məlumata görə, fevralın 17-də Tehranın Əyalət Mühəndislər Təşkilatının toplantısı keçirilib. Qurumun Məclisinin İdarə Heyətinə qadın namizədlərdən biri hicab taxmadığına görə seçkiyə buraxılmayıb. O da bu münasibətə etiraz olaraq hicabını atıb. Zala toplaşanlar onun bu hərəkətini alqışlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam