Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Rusiya hərbi həkimləri Suriyada 300-dən çox zəlzələ qurbanını müalicə edir

 Suriyalılara 61,2 ton humanitar yardım paylanıb

Yenixeber.org-un TASS informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Rusiya hərbi həkimləri dağıdıcı zəlzələdən zərər çəkmiş 300-dən çox suriyalıya tibbi yardım göstəriblər.

“Rusiya hərbçiləri Latakiya, Hələb və Həma əyalətlərində zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak etməkdə davam edir. 321 nəfər zərərçəkənə tibbi yardım göstərilib, 61,2 ton humanitar yardım (ərzaq dəstləri və zəruri əşyalar) paylanılıb”, - deyə, Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Agentliyin məlumatına görə, Hələb şəhərindəki Suriyada Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin əməkdaşları humanitar yardım paylama məntəqələrinə ərzaq bağlamaları və digər zəruri əşyaların çatdırılmasını davam etdirirlər. Mərkəz əməkdaşları Zeyn əl-Abidin məscidinin yaxınlığında keçirilən aksiyalardan birində Xeyriyyə və Mərhəmət təşkilatına isti yeməklərin hazırlanması üçün 2,5 ton ərzaq və dezinfeksiyaedici vasitələr təhvil veriblər.

 Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam