Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

FHN Kahramanmaraşda sakinlərə humanitar yardım paylayır, çadırlar qurur -FOTOLAR

 

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinin sakinləri üçün müvəqqəti çadırlar qurulur.

Yenixeber.org: Hazırda xilasedicilərimiz Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurmağa başlayıb.

FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhtçisi Turqay Abbaslı jurnalistlərə açıqlamasında bildirib ki, Doğukənd məhəlləsində zərərçəkmişlər üçün bir neçə çadırdan ibarət şəhərciyin qurulması prosesi aparılır.

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə humanitar yardım göndərilib. İndiyə qədər nazirlik tərəfindən 10 təyyarə, 3 avtomobil karvanı Türkiyəyə gəlib çatıb. Avtomobillərin sayı isə 39-dur. Maşınların içərisində müxtəlif ölçülü çadırlar, generatorlar və digər lazım olan əşyalar mövcuddur", - FHN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycan FHN-in 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Hazırda isə Kahramanmaraşda FHN-in 760 nəfər şəxsi heyəti fəaliyyət göstərir.

İndiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam