Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ərəstun Əliyev:"Kahramanmaraşa 2-ci mobil səhra hospitalı yola salınıb"

 

Bu gün Bakıdan Türkiyənin Kahramanmaraş şəhərinə 2-ci mobil səhra hospitalı yola salınıb.

Yenixeber.org: Bu barədə jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev məlumat verib.

O, bildirib ki, hospitalda qəbul çeşidləmə, sarğı, laboratoriya, reanimasiya və iki əməliyyat bloku fəaliyyət göstərəcək:

"Hospitalda fəaliyyər göstərən həkimlər, 18 nəfər tibb personalı, hərbi səhra şəraitində fəaliyyət göstərən peşəkar cərrahlardan, travmatoloqlardan, reanimatoloqlardan, torakal cərrahlardan ibarətdir. Hospital hər bir tibbi avadanlıqla, dərman prepaparatları, sarğı materialları və reaktivlərlə təmin olunub".

Ə.Əliyev əlavə edib ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq Türkiyədə baş verən güclü zəlzələnin fəsadının aradan qaldırılması məqsədilə humanitar yardımlar davam edir: "Heydər Əliyev Fondu tərəfindən Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara çox böyük həcmdə humanitar yardım göndərilib. Bu yöndə FHN də ölkə başçısının tapşırığına uyğun olaraq zəlzələnin ilk günündən axtarış xilasetmə dəstələri, xilasetmə avadanlıqları, əhalinin yerləşdirilməsi üçün böyük miqdarda çadırlar, qızdırıcılar və digər cari avadanlıqlar göndərib. Bundan başqa 41 nəfərdən ibarət tibbi heyət və 1 ədəd mobil səhra hospitalı Kahramanmaraşda açılıb və fəaliyyətini davam etdirir".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam