Millət vəkili zəlzələdə həlak oldu
Türkiyə parlamentinin Kahramanmaraşdan seçilən millət vəkili Sıtkı Güvenç zəlzələ zamanı həlak olub.
Yenixeber.org: Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı məlumat yayıb.
“İyirmi dördüncü çağırış Türkiyə Böyük Millət Məclisində birlikdə çalışdığımız Kahramanmaraş millət vəkili Sıtkı Güvenç zəlzələdən sonra dağıntılar altında dünyasını dəyişib. Allah rəhmət eləsin. Məkanı cənnət olsun”, - səfir "Twitter"də yazıb.