Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Həmkarlar ittifaqları seçim qarşısında” adlı subregional seminar keçirildi - FOTOLAR

“Həmkarlar ittifaqları seçim qarşısında” adlı subregional seminar keçirildi - FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda “Həmkarlar ittifaqları seçim qarşısında” adlı subregional seminar təşkil olunub.

Yenixeber.org: Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Konfederasiyaya üzv təşkilatların rəhbərliyi, BƏT-in, beynəlxalq həmkarlar ittifaqlarının, həmçinin xarici ölkələrin müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.

AHİK sədrinin birinci müavini İlyas Əliyev çıxış edərək Azərbaycan həmkarlar ittifaqlarının strategiyasından, müasir inkişafın reallıqları fonunda qarşıda duran vəzifələrdən, müəyyən edilmiş hədəflərə döğru nəzərdə tutulmuş və görüləcək işlərdən bəhs edib.

Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Sergiyus Glovaskas, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təmsilçisi, Pan Avropa Regional Şurasının icraçı katibi Anton Leppik və digər qonaqlar çıxışlarında dünyada həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı hazırkı vəziyyət, bu günün çağırışlarına uyğun müəyyən edilmiş məqsəd və vəzifələr, BMT ilə qarşılıqlı əlaqələrin faydaları, Azərbaycan, Moldova, Qazaxıstan, Gürcüstan və Özbəkistan təcrübələrinin əhəmiyyəti barədə danışıblar. Həmçinin çıxışlarda ölkələrarası təcrübə mübadilələrinin aparılmasının zəruriliyinə, sosial müdafiə sistemlərinin təkmilləşdirilməsinə, yaşıl iqtisadiyyatın inkişaf yollarına toxunulub, ekoloji cəhətdən təmiz iqtisadiyyata ədalətli keçidin təmin olunmasında həmkarlar ittifaqlarının rolu vurğulanıb.

Türkiyənin ən böyük həmkarlar ittifaqı Hak-İş Birliyi baş katibinin köməkçisi Ərdoğan Serdengeşti ölkəsində həmkarlar ittifaqlarının gördüyü işlərdən, qlobal dəyişikliyə məruz qalan sahələrdə işləyən şəxslərin yeni peşələrə yönəldilməsi istiqamətində görülən işlərdən danışıb. O xüsusilə qeyd edib ki, hər bir cəmiyyət yeni peşələrin ortaya çıxması ilə bağlı dəyişikliklərə uyğunlaşdırılmalı, bu istiqamətdə peşəkar kadrlar hazırlanmalı, kadr çatışmazlığına yol verilməməlidir.

Seminar mövzu ilə bağlı digər şıxışlarla davam edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam