Yenixeber.org: Höte demişdi bunu.
Fəqət ki, Türkiyədəki zəlzələ çox məqamlarla yanaşı, insanlığın nə olduğunu da bir daha göstərdi.
Suları durultdu, kimin kim və nəyin nə olduğunu göstərdi.
Sanki bozun minlərlə çaları çəkildi, ağ bir tərəfdə, qara isə başqa tərəfdə durdu.
Mərdlik və namərdlik, insanlıq və xəbislik, dost və düşmən, humanizm və maniakal davranış...
Türkiyə silkələndi, amma yıxılmadı. Yıxılan da deyil.
Zəlzələ mahiyyətin üzərindəki üstqılafı çilikləyib sındırdı.
Bilindi ki...
Türkiyənin dadına yetən, harayına tələsən ilk dövlət Azərbaycan oldu.
İsrail bütün gücü və imkanları ilə səfərbər oldu, "Yanındayam, Türkiyə!" dedi.
Pakistan "Qardaşın buradadır, Türkiyə, gəlirəm!" söylədi.
Özbəkistan, Qazaxıstan, Türkmənistan, Macarıstan dərhal hərəkətə keçdi.
ABŞ-da Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım kampaniyasında bir pakistanlı iş adamı tam 30 milyon dolları hesaba yatırdı.
İşğalçı Rusiyanın qana boyadağı, viran qoyduğu Ukraynanın dövlət başçısı Vladimir Zelenski Türkiyəyə yardım göstərilməsinə göstəriş verdi. Zatən ukraynalılar zəlzələ günü Türkiyəyə yardımlar toplamağa başlamışdılar.
Düşünün: müharibə gedən ölkə yardım yığır Türkiyəyə...
Uzaq Yaponiya, Çin, Sinqapur ilə bahəm, Rusiya və Belarusdan tutmuş, İtaliyaya qədər ən müxtəlif ölkələrin xilasedici dəstələri artıq Türkiyədədir.
Yunanıstan belə, yardımlar yollayır.
Lakin...
Ermənistan "yardımlara hazırıq" deyib başsağlığı verdi, amma ermənilər sosial şəbəkələrdə toy-bayram edirlər, qarğış və söyüşləri Türkiyəyə ünvanlayırlar, "yaxşı oldu" deyirlər.
İran "yardım göstərməyə hazırıq" dedi, amma hələ də bir millimetrlik hərəkət göstərməyib. Sadəcə, fars vədi ki, dəyəri sıfır.
Terrorçu PKK və Suriya hakimiyyəti isə Suriyanın şimalındakı dağıdıcı zəlzələni fürsət bilərək yeraltı təkanlardan viran qalmış qəsəbələrə, kəndlərə, şəhərlərə şücuma keçməyə çalışır.
Şərəflə şərəfsizliyin, comərdliklə namərdliyin, kişiliklə nakişiliyin ayin olduğu günləri yaşayırıq.
Başını dik tut, Türkiyə!
Yanındayıq...
Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra ona dəstək vermiş ölkələr:
Azərbaycan 3 təyyarə ilə xilasedici, modul səhra xəstəxanası, çadırlar və digər ləvazimat göndərib.
Səhra modul xəstəxanası inşa edir.
Britnaiya 76 nəfərlik yardım qrupu göndərib.
Avstrya 80 əsgər və 25 özəl axtarma-qurtarma komandası göndərib.
İsveçrə 80 nəfərlik axtarma-qurtarma komandası göndərib.
Fransa 139 nəfərlik axtarma-qurtarma komandası göndərib.
Macarıstan 50 nəfərlik komanda göndərib.
Çexiya 68 nəfərlik axtarma-qurtarma komandası göndərib.
Yunanıstan 21 yanğın söndürən, 2 it və bir neçə mütəxəssis göndərib.
Bolqarıstan 58 nəfər axtarma-qurtarma komandası göndərib. 20 maşın, 1000 nəfərlik yatmaq üçün dəst, 1000 battaniyə, 1000 isti odeyal, 300 nəfərlik mətbəx aksessuarları, 1000 nəfərlik döşək göndərib.
Montenegro 53 nəfər axtarma-qurtarma komandası, 7 avtomobil göndərib.
Niderland 15 tonluk ağır qurtarma texnikası, kargo təyyarəsi dolu texniki avadanlıq, 65 nəfərlik axtarma-qurtarma komandası, 8 axtarış iti göndərib.
İspanya 2 hərbi təyyarə, 90 dan çox axtarma-qurtarma komandası göndərib.
Almanya generatorlar və s. göndərməyə hazırlaşır.
Polşa 76 yanğınsöndürən, 8 qutarma iti göndərib.
NATO dəstək üçün səfərbər olmuş durumda. Stoltenberg bildirib.
Bayden yardım üçün təlimat verib.
Qətər əmiri Ərdoğana taziyə mesajı verib. Qətər Qızılay-ın açıqlamasında, Türkiyə və Suriyada zəlzələdən ziyan çəkənlərə kampaniya başlatdığını bildirib.
Rusiya 2 ədəd İL-76, 100 nəfərlik qurtarma komandası göndərib.
Yaponya 15 nəfərlik xilasetmə qrupu göndərib.
Çin başsağlığı verib.
Misir başsağlığı verib.
Əlcəzair başsağlığı verib.
Qazaxstan 41 nəfərlik axtarma-qurtarma komandası göndərib.
Livia 55 texniki işçi və 4 it göndərib.
Zəlzələdən zərər çəkənlər üçün səhra xəstəxanası quracaq.
Hindistan xilasedici göndərməyə hazırlaşır.
Pakistan 36 nəfər xilasedici, 2 təyyarə yardım göndərib.
İran başsağlığı verib və əgər lazım olarsa yardım edə bilərik açıqlaması verib.