Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Reketçilik Etsəydik, Bahalı Restoranlarda Katibələrimizlə Min Cür Hoqqalardan Çıxardıq –Baş Redaktordan Əhməd İsmayılova Sərt Cavab

Yenixeber.org: Siçovul kimi dövlətin büdcəsini çapıb talayan köhnə Əli Həsənov, təzə Əhməd ismayılovuçlar yenə də bizim üstümüzə xoruzlandılar. Bizi reketçilikdə, ucuz kafelərdə baş girləməkdə və sair məsələlərdə günahlandırmaq istədilər.

Özləri əsl reket olduqları halda öz adlarını bizə qoymaq fikrinə düşdülər. Ucuz kafelərdə soğan-çörək yeməyimizi başımıza qaxanc etdilər. Ta bilmədilər ki, onlar kimi reketçilik etsəydik, bahalı restoranlarda katibələrimizlə min cür hoqqalardan çıxardıq biz də.

Hardandı bunlarda bu imkan? Gördükləri iş ortada, aldıqları maaş da bəlli. Deməli, bunlar həm dövlətin ayırdığı paranı basıb yeyirlər, həm də reketçilik edib pul qazanırlar. Bunların dəbdəbəli həyat tərzinə baxsaq dediklərimiz lap aydın olar.

Guya, bunlar dövləti, vətəni, milləti, sözü bizdən çox sevirlər. Bunlar prezidentə yaltaqlanmaqla dövlət, vətən, millət, söz sevgisini səhv salırlar. Və bunlar prezidentə yaltaqlanmaqla öz mənfur əməllərinin ömrünü uzatmaq istəyirlər.

Allaha and olsun ki, bunların prezdent sevgisi də boğazdan yuxarıdı. Əli Həsənova olan sevgiləri kimi. Hara gedirdi dövlətin mətbuata ayırdığı pullar vaxtı ilə?

“Paritet”, “Palitira”, “Futbol” və. sairə kimi dəyəri bir köpük olmayan mətbu orqanların çap edilməsinə və oradan atqat şəkildə silinib ciblərə qoyulmasına; sözdən xəbəri olmayan katibə, çoban qohum-qardaş kimi jurnalist adı altında siyahiya soxuşdurulan adamlara müftə evlərin verilməsinə və buradan bal tutan barmaq yalayar fəlsəfəsilə bu siçovulların bəslənməsinə.

Kim idi o siyahıları tutanlar? Bir- ikisi içəridədir. Yerdə qalanlar yenə mətbatın başında deyillərmi? Bizim üstümüzə gələnlər də həmin zadların ta kəndisidir. İndi hara xərclənir dövlətin mətbuata ayırdığı pullar və kimlərin əlilə mənimsilənir. Oyun həmin oyun, oyunçular həmin oyunçular deyilmi? Yetməzmi bu rəzalət?

Mübariz Məsimoğlu
Dorduncudalga.az saytının baş redaktoru

Xəbəral.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam