Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

KALUQA ÜZƏRİNDƏ səmada PUA partlamasının VİDEOSU ÇIXIB

  

İlkin məlumata görə, pilotsuz təyyarə hərbi obyektlərdən birinə doğru uçsa da, Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub: xoşbəxtlikdən heç kim xəsarət almayıb.

“Yenixeber.org”  md.tsargrad.tv-yə istinadən məlumat verir ki, Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa yaşadığı bölgədə baş vermiş təhlükəli hadisə barədə məlumat verib. Ukrayna Silahlı Qüvvələrinə məxsus 50 metr hündürlükdə uçan pilotsuz döyüş aparatı bu gün səhər saat 5-də Kaluqa yaxınlığındakı meşə zolağı üzərində havada hava hücumundan müdafiə vasitəsi ilə məhv edilib.

Hadisə şahidlərinin sosial şəbəkələrdə verdiyi məlumata görə, partlayış Kaluqa şəhərinin iki ətrafı - Mstixino və Rezvan kəndləri arasındakı meşədə baş verib.

Kaluqa ətrafının sakinləri əvvəlcə səs-küy eşidiblər, sonradan məlum olub ki, bu, Ukraynaya məxsus pilotsuz uçan aparat olub. Partlayış nəticəsində xəsarət alan olmayıb, infrastruktura ziyan dəyməyib.

Lakin partlayış anı videoya düşüb. Video dərhal sosial şəbəkələrdə yayılıb.


Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam