Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Saatlıda maarifləndirmə tədbiri keçirilib

 
Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 1 saylı tam orta məktəbdə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Yenixeber.org: Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev bildirib ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində zəruri bütün tədbirlər görülür, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs saxlanılaraq məsuliyyətə cəlb olunur. Həmçinin zərərli maddələrin aludəçisinə çevrilən gənclərin normal həyata qayıda bilməsi üçün profilaktiki tədbirlər də həyata keçirilir, onlara bu istiqamətdə bütün köməkliklər göstərilir. 
Yeniyetmə vaxtlarında gənclərin ailə qurmasından da danışan şöbə rəisi,  erkən nikahların qanunla qadağan olunduğunu,  bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib. 
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam