Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Laçın yolu ilə daha 60 xəstə aparıldı

 Açiq mənbələrdən foto.

2022-ci il dekabrın 19-dan fevralın 1-dək Beynəlxalq Qızıl Xaç Komitəsi təcili tibbi yardıma ehtiyacı olan 60 xəstəni Laçın yolu ilə (Qarabağdan Ermənistana) aparıb.

Yenixeber.org: Komitənin saytında dərc edilən məlumatda bildirilir ki, təşkilat təcili tibbi xidmətlərin davamlılığını təmin edir:

https://www.icrc.org/en/document/operational-update-situation-along-lachin-corridor

Həmçinin dərman, uşaq qidaları və ərzaq çatdırılıb.

Yanvarda Komitənin əməkdaşları səkkiz xəstəxanaya, fiziki reabilitasiya mərkəzinə, 300-dən çox kimsəsiz yaşlı adamın yerləşdiyi müəssisəyə və sosial cəhətdən həssas ailələrdən olan uşaqlara dəstək mərkəzinə qida və gigiyena vasitələri paylayıb. Bundan əlavə, Komitə hamilə qadınlara qida və gigiyena dəstləri paylamağa başlayıb.

Mövcud vəziyyət bəzi ailələrin ayrılmasına səbəb olduğundan Komitə tərəflərlə razılaşma əsasında yanvarın əvvəlindən 95 nəfərin Laçın dəhlizilə gediş-gəlişini təmin edib.

1992-ci ildən Cənubi Qafqazda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçi kimi çalışmağa və humanitar məsələlərin həllinə yardım etməyə hazırdır.

*Qeyd edək ki, dekabrın 12-dən azərbaycanlı fəallar Qarabağda mədənlərin monitorinqinin aparılması və bu yataqların qanunsuz istismarına son qoyulması tələbilə Laçın yolunda etiraz aksiyası keçirirlər.

O vaxtdan Laçın yolu ilə yalnız Rusiya sülhməramlılarının və Qızıl Xaç Komitəsinin maşınları keçir.

Eyni zamanda, fəallar bildirirlər ki, erməni sakinlərin keçidinə və humanitar yüklərin daşınmasına mane olmaq niyyətində deyillər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam