Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

VHP bəyanat yaydı -Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı

 

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Yenixeber.org: Hücum dəf edilərkən Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına şəhid olub, iki nəfər isə yaralanıb. Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Hər hansı səfirliyin  təhlükəsizliyinin  təmin edilməsi səfirliyin yerləşdiyi ölkənin borcudur.

Vətəndaş Həmrəyliyi Partiyası baş vermiş hadisəni qətiyyətlə pisləyir, dövlətimizin qorunması yolunda şəhid olan soydaşımızın yaxınlarına dərin hüznlə başsağlığı veririr.  İranın son vaxtlar  Azərbaycana qarşı sərgilədiyi destruktiv mövqeyi ilə paralel bu hücumu təsadüfi hesab etmirik. Bununla bərabər terror hadisəsinin İran hökuməti ilə hər hansı bağlılığının olmadığına inanmaq istərdik. Biz eyni zamanda hadisədə 3-cü dövlətin barmağı olmağını istisna etmirik. Teror aktı ən yaxın vaxtda araşdırılmalı, terrorçular cəzalanmalı və İran hökuməti bundan sonra Azərbaycana qarşı dostluq və qarşılıqlı əməkdaşlığa söykənən münasibət göstərməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam