Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyalı politoloq:“Ermənistan bir əldə iki qarpız tutmağa çalışır”

 

“Ermənistan bir əldə iki qarpız tutmağa çalışır, görünür o, seçimini artıq edib, lakin hadisələrin necə cərəyan edəcəyini gözləyir”.

Yenixeber.org: Bunu rusiyalı politoloq Yevgeni Mixaylov Avropa İttifaqının (Aİ) Ermənistana mülki missiya göndərmək qərarını şərh edərkən deyib.

“İrəvanın bu missiyanı iki il müddətinə Ermənistan-Azərbaycan sərhədinə cəlb etmək istəyi açıq şəkildə həm Rusiya, həm də Azərbaycan əleyhinədir. Bildiyim qədəri ilə rəsmi Bakı 2 ay fəaliyyət göstərəcək missiyanın əleyhinə deyildi, lakin 2 il müddətinə və böyük tərkibdə missiyanın göndərilməsi qəbuledilməzdir”, - o bildirib.

Y.Mixaylov vurğulayıb ki, Azərbaycan yaxşı anlayır ki, bu prosesin əsas hərəkətverici qüvvəsi Aİ-də dəfələrlə anti-Azərbaycan qətnamələrinə lobbiçilik edən ermənipərəst Fransadır: “Aİ missiyası Rusiyanın maraqları üçün də son dərəcə təhlükəlidir. Fikrimcə, İrəvan nə etdiyini yaxşı başa düşür. O, Moskva ilə daha əvvəl əldə edilmiş bütün razılaşmalara açıq şəkildə qarşı çıxır, yəni Rusiyaya xəyanət edir”.

Rusiyalı politoloqun fikrincə, Ermənistan bir əldə iki qarpız tutmağa çalışır, görünür o, seçimini artıq edib, lakin hadisələrin necə cərəyan edəcəyini gözləyir: “Rusiyanın diqqəti Ukraynadakı hərbi əməliyyatlara bir qədər yayındıqdan sonra İrəvanın Moskvaya xəyanət etməsi açıq və aydındır. Ermənistanın məhz bu məqamda dövlətçiliyi üçün çox təhlükəli olan bir oyuna girişməsi təəccüblü deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam