Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ohanyan:"Qanunsuz yolla varlanmamışam"

Ohanyan:    "Qanunsuz yolla varlanmamışam"  
Ermənistanın keçmiş müdafiə naziri, hərbi cani və hazırda deputat olan Seyran Ohanyan diqqət çəkən fikirlər səsləndirib.
Yenixeber.org: O, qanunsuz əmlaklarla bağlı iş üzrə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin iclasında səsləndirilən ittihamları qəbul etməyib.
Seyran Ohanyan səs-küy salıb ki, onun səsləndirilən ittihamlara qarşı etirazları var. Hazırda müxalifət nümayəndəsi kimi siyasətlə məşğul olan eks-nazir müstəntiqin təqdim etdiyi mülklərlə bağlı faktları qəbul etməyib.
- Mən qanunsuz yollarla varlanmamışam. Göstərilən əmlak mənə məxsus deyil. Xüsusən də Sevan gölünün sahilində 1 hektardan çox torpaq sahəsinin qanunsuz zəbt etməyimlə bağlı məlumat mənim üçün qəbuledilməzdir. Prokurorluq nümayəndəsinin danışdığı informasiyalar barədə az şey bilirəm, - həbsdən qorxan Ohanyan deyib.
Qeyd edək ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda Qarabağ klanının əsas fiqurlarına qarşı məhkəmə prosesləri keçirilir. Hərbi canilər Serj Sarkisyan, Robert Koçaryanla yanaşı Seyran Ohanyana qarşı da müxtəlif iddialar qaldırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam