Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya, Cənubi Afrika və Çinin birgə təlimləri Qərbi hiddətləndirib

 

 

Rusiya, Çin və Cənubi Afrikanın iştirak edəcəyi qarşıdan gələn dəniz təlimləri ilə bağlı xəbərlər Qərbi qəzəbləndirib.

“Yenixeber.org”  Fransanın “L'Opinion” nəşrinə istinadən məlumat verir ki, birgə təlimlərin keçirilməsi barədə qərar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrikaya səfəri zamanı qəbul edilib. Qeyd olunur ki, CAR ABŞ və Avropanın Rusiya əleyhinə tətbiq etdiyi sanksiyaları dəstəkləmir.

Fransız nəşri yazır ki, bu xəbər Qərbi hiddətləndirib, çünki onlar qarşıdakı təlimləri təhlükə kimi görürlər. Eyni zamanda, söhbət təkcə hərbi təhlükədən getmir – belə tədbirlərin keçirilməsi “Rusiyanı təcrid etmək” cəhdlərinin istənilən nəticəni vermədiyini açıq şəkildə nümayiş etdirir.

Təlimlərin özlərinə gəlincə, onların təxmini keçirilmə tarixləri artıq əvvəllər açıqlanıb. Onların bu il fevralın 17-dən 27-dək keçirilməsi planlaşdırılır.

 

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam