Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Admiral Gorshkov" freqatı Atlantik okeanında "Zirkon" hipersəs  raketlərinin istifadəsini işləyib


“Yenixeber.org” m24.ru-ya istinadən xəbər verir ki, Rusiya Federasiyasının Şimal Donanmasının “Admiral Qorşkov” freqatı Atlantik okeanının qərb hissəsində 900 kilometrdən artıq məsafədə dəniz hədəfini şərti olaraq vuraraq ən son hipersəsli “Zirkon” raketinin istifadəsi üzrə təlimlər keçirib. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, təlimin startı kompüter simulyasiyası vasitəsilə həyata keçirilib.
"Təlim vəziyyətinə uyğun olaraq, freqat 900 kilometrdən çox məsafədə yerləşən və saxta düşmən gəmisini imitasiya edən dəniz hədəfinə "Zirkon" hipersəs raketi ilə raket zərbəsinin endirilməsinin təşkilini işləyib", deyə, məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, təlimlər zamanı freqatın ekipajı yüksək ahəngdarlıq nümayiş etdirib. Həmçinin hərbi idarədən bildirilib ki, fevral ayında “Admiral Qorşkov” Cənubi Afrika Respublikası və Çin dəniz donanmalarında Cənubi Afrika sahillərində keçiriləcək birgə təlimlərdə iştirak edəcək.
Yanvarın 4-də Rusiya Federasiyasının prezidenti “Zirkon” dəniz raket kompleksləri ilə təchiz edilmiş “Admiral Qorşkov” freqatının döyüş xidmətinə göndərilməsi barədə göstəriş verib. Həmin gün gəminin döyüş xidmətinə buraxılması mərasimi keçirilib. Friqat Atlantik və Hind okeanları, həmçinin Aralıq dənizi üzərindən keçəcək.
“Zirkon” öz mühərrik qüvvəsindən istifadə edərək atmosferdə manevr edərək davamlı aerodinamik uçuşa qadir olan dünyanın ilk hipersəs qanadlı raketidir. Raket doqquz səs sürətinə qədər inkişaf etdirməyə qadirdir və onun atəş məsafəsi min kilometrdir. “Zirkon” həm suda, həm də yerdəki hədəfləri vura bilir.

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam