Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

TRT-nin nümayəndə heyəti Azərbaycanda radiomonitorinq aparıb

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə yanvarın 16-dan 19-na qədər Azərbaycanda səfərdə olmuş Türkiyə Radio-Televiziya Qurumunun (TRT) nümayəndə heyəti proqram üzrə fəaliyyətini başa vurub.

Yenixeber.org: Heyət səfər çərçivəsində paytaxt və bölgələrdə yerləşən Radio-Televiziya Yayım Stansiyalarına texniki baxış keçirib və radiomonitorinq aparıb. Bu prosesdə həmçinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin, eləcə də Audiovizual Şuranın mütəxəssisləri iştirak ediblər.

Sonda aparılmış işlərin nəticələri müzakirə olunub.

Nümayəndə heyəti səfərlə bağlı yekun hesabat hazırlayıb Azərbaycan tərəfinə təqdim edəcək. Hesabatda ölkədə radio yayımını həyata keçirən texniki vasitələrin müvafiq normativlərə uyğun istismarının təşkili və şəbəkənin optimallaşdırılmasına dair tövsiyələr əksini tapacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam