Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

10-a yaxın yüksək rütbəli zabit Ermənistan ordusundan qovuldu

10-a yaxın yüksək rütbəli zabit Ermənistan ordusundan qovuldu 
Xəbər verdiyimiz kimi Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub.
Yenixeber.org: Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mühəndis-istehkam bölüyünün kazarmasında gecə saat 01:30 radələrində baş verən yanğında 15 hərbçi ölüb. Bildirilib ki, yanğında xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.
Hadisədən sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan ikinci ordu korpusunun komandiri Vahram Qriqoryanı vəzifəsindən azad edib. Müvafiq sərəncam artıq prezidentin saytında yerləşdirilib.
Ermənistan İctimai Televiziyasının məlumatına görə, 2-ci korpus komandiri ilə yanaşı, onun müavinləri polkovnik Mihran Maxsudyan (həm də baş qərargah rəisidir-red.), polkovnik Şiraz Xaçatryan (maddi-texniki təminat üzrə müavin-red.), polkovnik Artur Ohanyan (döyüş növbətçiliyi üzrə müavin-red.) vəzifəsindən kənarlaşdırılacaq.
Həmçinin briqada komandirin müavini polkovnik-leytenant Rudik Akopyan, maddi-texniki təminat briqadası komandirinin digər müavini, polkovnik-leytenant Qor Axekyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Qazaryan və mühəndis rotasının komandiri, kapitan Qorqyan da öz postlarını tərk edəcəklər.
Sputnik Ermənistan isə Ermənistan Silahlı Qüvvələrinin yanğın təhlükəsizliyi xidmətinin rəisi, polkovnik Sarqis Mazmanyanın da bu vəzifəni tərk edəcəyi barədə məlumat yayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam