Redaktor seçimi
Günün xəbəri

AHİK 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım edib

AHİK 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) hər zaman şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, o cümlədən 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə xüsusi qayğı ilə yanaşır, lazımi maddi və mənəvi dəstəyi göstərir.
Yenixeber.org: Ənənənin davamı olaraq, AHİK İcraiyyə Komitəsi 20 Yanvar şəhidlərinin 
ailələrinə 23 500 manat birdəfəlik maddi yardım göstərilməsi barədə qərar qəbul 
edib. Belə ki, həmin kateqoriyadan olan 94 şəhid ailəsinin hər birinin bank 
hesabına 250 manat məbləğində birdəfəlik maddi yardım köçürülüb.
Qeyd edək ki, AHİK bundan sonra da şəhid ailələrinə və qazilərə, müharibə 
veteranlarına hərtərəfli dəstəyini davam etdirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam