Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Xaçmazda narkokuryerlik edən dəstə üzvləri saxlanılıblar

 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Serqey Yudin  və Elmar Siracov saxlanılıblar. Həmin şəxslərin üzərinə və avtomobilinə   baxış keçirilən zaman  6 kiloqrama yaxın narkotik vasitə olan  marixuana, 1,5 kiloqram heroin və 98 qram psixotrop maddə olan metamfetamin  aşkar olunaraq götürülüb.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə  Etibar Talıbov və Natiq Mütəllimov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman yarım kiloqramdan çox marixuana, heroin və 9 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Xaçmaz RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri, Natiq Mütəllimovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri  seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam