Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Conson Britaniya siyasətçiləri arasında ən böyük ianələrdən birini alıb

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və onun siyasi fəaliyyətini dəstəkləmək üçün təsis edilmiş “The Office of Boris Johnson Ltd” təşkilatı əvvəllər Brexit-i dəstəkləyən Tailanddan olan britaniyalı iş adamı Kristofer Harburndan 1 milyon funt-sterlinq ianə alıb.

“Yenixeber.org”  The Guardian-na istinadən məlumat verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Conson 1 milyon funt sterlinq ianə alır.

“Britaniya siyasətçiləri arasında Brexit-in sadiq tərəfdarının verdiyi ən böyük ianələrdən biri, şübhəsiz ki, Consonun bir növ [böyük siyasətə] qayıdışı planlaşdırdığı barədə şayiələri gücləndirəcək”, - deyə, nəşr yazır.

Hökumət və parlament tərəfindən hər ay yenilənən gəlir reyestri göstərir ki, bu ianəyə əlavə olaraq, Conson dekabr ayında baş nazirliyi tərk etdikdən sonra iki çıxışında 250.000 funt sterlinqdən çox qazanıb.

Bundan əvvəl məlum olmuşdu ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson tezliklə Ukraynaya səfər etməyi və prezident Vladimir Zelenski ilə görüşməyi planlaşdırır. Bu yolla o, Britaniya hökumətinə rəhbərlik edən Rişi Sunakın nüfuzunu sarsıda bilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam