Redaktor seçimi
Günün xəbəri

Azərbaycan vətəndaşları 70 ölkəyə vizasız gedə bilərlər

 

Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də 76-cı yerdə qərarlaşıb və ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.

Yenixeber.org: Bu barədə qurum 2023-cü ilin birinci rübünə dair hesabatına uyğun  məlumat verib.

Bu, ötən illə müqayisədə bir ölkə çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bu reytinqdə 78-ci yerdə qərarlaşmışdı.

Reytinqdə ilk sıranı 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya (192) qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam