Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

ASAPES rəsmiləri BSU tələbələri ilə görüşüb -FOTOLAR

 
Dekabrın 21-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) magistratura şöbəsinin müdiri Nərqiz Kosayeva və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sabina Abuzər Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüş keçirib. Görüşdə BSU-nun rektoru Anar Nağıyev, rektorun müşaviri Elçin Hüseynov, Humanitar və sosial elmlər fakültəsinin dekanı Sevda Axundova, Mətbuat və informasiya mərkəzinin müdiri Zeynəb Kazımova, həmçinin jurnalistika ixtisasının müəllimləri və tələbələri iştirak ediblər.
Yenixeber.org: Tədbirin keçirilməsində əsas məqsəd BSU-da jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin gələcəkdə ASAPES-in “İdman jurnalistikası” magistr proqramına cəlb edilməsidir. Rektor müşaviri Elçin Hüseynovun açılış nitqindən sonra tədbir iştirakçılarına ASAPES haqqında tanıtım videosu təqdim olunub.
ASAPES-in magistratura şöbəsinin müdiri Nərqiz Kosayeva “İdman jurnalistikası” magistr proqramı ilə bağlı təqdimat nümayiş etdirərək tədbir iştirakçılarına ətraflı məlumat verib. Öz növbəsində rektor Anar Nağıyev tələbələrə bu ixtisasın perspektivləri haqqında danışaraq ASAPES-in magistr proqramına qoşulmaqla hansı imkanları əldə edəcəkləri barədə məlumat verib.
Təqdimat bitdikdən sonra ASAPES-in nümayəndələri tələbə və müəllim heyətin suallarını cavablandırıblar.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam