Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Yaşayış minimumu 246 manat olur: Bu pula minimum səviyyədə yaşamaq olar? -Hesablama


"2023-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 17,1% və ya 36 manat artırılaraq 246 manata çatdırılması nəzərdə tutulub.
Yenixeber.org: Bildiyimiz kimi ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

Bəs görəsən minimum istehlak səbətini "doldura" bilmək üçün, yəni bir insanın öz həyatını davam etdirə bilməsi üçün 246 manat kifayət edərmi?
Hesablamalar göstərir ki, ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin, o cümlədən də kommunal xidmət tariflərini artdığı bir dövrdə 246 manatla istehlak səbətini "doldurmaq" mümkün deyil. Bunu istehlak səbətinin tərkibinə nəzər saldığımız zaman açıq şəkildə görə bilərik.
Qeyd edək ki, ölkədə minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib. Həmin tərkibdə yer alan ərzaq, qeyri-ərzaq malları və xidmətləri mövcud qiymətlərlə hesabladığımız zaman minimum istehlak səbətinin dəyəri (258,84 manat) gələn il üçün nəzərdə tutulan yaşayış minimumundan çox olur.
Onu da bildirək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsində gələn il üçün 6,9% inflyasiya (qiymət artımı) proqnozlaşdırılır. Bu isə o deməkdir ki, gələn il minimum istehlak səbətinin dəyəri yaşayış minimumundan (246 manat) təxminən 30 manat çox olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam