Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Nazirlik tanınmış aktyorların işdən çıxarılmasına münasibət bildirib:"Teatr yeni nəfəsə ehtiyac duyur"

 

Mədəniyyət Nazirliyi Azərbaycanın tanınmış aktyorları - Xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyevanın işdən çıxarılmasına aydınlıq gətirib.

Yenixeber.org: Nazirlikdən bildirilib ki, mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması nəzərdə tutulur.

Bildirilib ki, mədəniyyət, elm, təhsil kimi sahələrdə çalışanlarla bağlı istisna halları mövcuddur: "Elmi və fəxri adları olan şəxslərlə müqavilələr 75 yaşına qədər uzadıla bilər. Bu, həmin şəxsin çalışdığı müəssisənin səlahiyyətində olan məsələdir. Mədəniyyət Nazirliyi olaraq belə məsələlərə olduqca həssas yanaşırıq. Lakin qanunvericilikdə göstərilir ki, bir müəssisədə yaşı 65-i ötən əməkdaşların sayı orada çalışan əməkdaşların sayının 2 faizini təşkil etməlidir".

Nazirlikdən vurğulanıb ki, əksər teatrlarda bu gün də qocaman sənətkarlar çalışır: "İstənilən teatrın səhnəsində belə qocaman sənətkarlarımızın ifasında müxtəlif tamaşalara baxmaq mümkündür. Ancaq bir gerçəkliyi də unutmaq olmaz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini hər il onlarla tələbə aktyor, rejissor, teatrşünas bitirir. Ölkədə isə cəmi 25 dövlət teatrı fəaliyyət göstərir. Bu məzunların teatrlarda işlə təmin olunması ciddi problemə çevrilir. Məlum olduğu kimi, teatr elə bir sənət növüdür ki, daim yeni nəfəsə, yeni istedadlara ehtiyac duyur. Teatrların ştatları isə məhdud saydadır və stabildir".

Mədəniyyət Nazirliyindən vurğulanıb ki, teatrlarda kadr dəyişikliyi labüddür: "Ona görə də, imkan daxilində biz həm gənclərin işlə təmin olunmasına, gənclərə meydan verilməsinə, həm də qocaman sənətkarlarımızın uzunillik təcrübəsindən faydalanmağa çalışırıq".

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı isə "Report"a bildirib ki, “Azdrama”da işə muzd işləyən aktyor yoxdur: “Hamısı ştat cədvəli üzrə maaş alırlar. İlham müəllimlə danışdım. Mətbuatda gedən açıqlama ilə bağlı nəsə anlaşılmazlıq olub, yaxud düz yazılmayıb”.

Qeyd edək ki, teatrşünas alim, professor İlham Rəhimli teatrlarda yaşı 65-i keçən aktyor və aktrisaların ya işdən çıxarıldığını, ya da işə muzd işlədiyini bildirib.

Xatırladaq ki, Xalq artisti V.Kərimov Sumqayıt Dövlət Dram Teatrının, H.İsmayılov, Ə.Nur, R.Məlik və S.Quliyeva isə Akademik Milli Dram Teatrının aktyorlarıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam