Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xaçmazda 22 000 (iyirmi iki min) manatlıq oğurluq edən şəxslər saxlanılıblar

 

 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə,  oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Cəlal Cəfərov saxlanılıb.

Həmin şəxs əvvəlcə rayon ərazisində fəaliyyət göstərən sağlamlıq mərkəzindən ümumi dəyəri 10000 (on min) manat edən müxtəlif növ dəmir borular, təmir-tikinti alətləri, dam örtükləri və elektrik avadanlıqlarını oğurlayıb.

Bundan başqa Cəlal Cəfərov gizli talama məqsədi ilə fərdi  yaşayış evinə girərək oradan ümumi dəyəri 10200 (on min iki yüz) manat dəyərində olan musiqi aləti, xalçalar, qızıl-zinət əşyası, su qızdırıcısı və s oğurlayıb.

Davan etdirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ramil Sultanov saxlanılıb.

Həmin şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə fərdi yaşayış evinə girərək oradan ümumi dəyəri 1890 manat dəyərində müxtəlif növ məişət əşyaları oğurlayıb. 

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam