Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Qeyri-neft məhsullarının ixracı: Azərbaycan, Ermənistan və Gürcüstanda –Fərq 5 dəfədən çoxdur...


Bu ilin ilk 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə 2 milyard 116,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. 
Yenixeber.org: Bu barədə məlumatı Dövlət Gömrük Komitəsi açıqlayıb.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda isə göstərilir ki, bu ilin oktyabr ayının 1-ə Azərbaycan əhalisinin sayı 10 milyon 204,8 min nəfər olub.
Qeyri-neft məhsulları üzrə ixrac göstəricisini (2 milyard 116,8 milyon dollar) əhalinin sayına (10 milyon 204,8 min nəfər) böldüyümüz zaman məlum olur ki, Azərbaycanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 207,4 dollar olub.
Maraqlıdır ki, xarici ölkələrə neft-qaz məhsulları ixrac etməyən qonşu Gürcüstan və Ermənistanda adambaşına düşən ixracın həcmi Azərbaycanla müqayisədə dəfələrlə çoxdur.
Gürcüstan Milli Statistika İdarəsinin açıqladığı məlumata görə, bu ili ilk 9 ayında xaricə 3 milyard 97,2 milyon dollar dəyərində məhsul (qeyri neft-qaz) ixrac olunub. Gürcüstan əhalisinin 3 milyon 688,6 min nəfər olduğunu nəzərə alsaq, bu ölkədə adambaşına düşən qeyri-neft məhsulları ixracı 1 110,8 dollar olur. Rəqəmlərdən də göründüyü kimi Gürcüstanla müqayisədə Azərbaycanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 5,4 dəfə az olub.
Ermənistan Statistika Komitəsinin məlumatına görə bu ölkədə 2 milyon 966 min nəfər yaşayır. Bu ilin ilk 9 ayında isə Ermənistanda qeyri-neft məhsullarının ixracı 3 milyard 509,4 milyon dollar olub. Bu isə o deməkdir ki, Ermənistanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 1 183,2 dollar olub və Azərbaycanla müqayisədə Ermənistanda adambaşına düşən qeyri-neft məhsulları ixracı 5,7 dəfə çox olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam