Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Bakı Limanında daşınan yüklərin 90 faizi tranzitdir

 

“Bu il Bakı Limanında 10 ay ərzində 5 milyon 356 min ton yük aşırılıb”. 

Yenixeber.org: Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Medianın İnkişafı Agentliyinin təşkil etdikləri “Azərbaycanın logistika imkanları. Real vəziyyət və gələcəyə baxış” mövzusundakı təlimdə Bakı Limanının mətbuat katibi Elmar Həbibli deyib.

Onun sözlərinə görə, pandemiyadan sonra 14 faiz artım müşahidə edilir:

“Konteynerlərin də rolu yüksəkdir. İlk 10 ay ərzində 44 mindən çox konteyner aşırılıb. Bu da 28 faizdən çox artım olduğunu göstərir. Bununla yanaşı, təkərli texnikalarda da artım var. Ötən illə müqayisədə təkərli texnikaların aşırılmasında 31,5 faiz artım var. 41 mindən çox yük aşırılıb. Minik avtomobillərində də altı dəfədən çox artım müşahidə olunur”.

E.Həbibli qeyd edib ki, Bakı Limanında daşınan yüklərin 90 faizi tranzit yükləridir:

“Orta Asiya ölkələrindən daha çox daşınır, Avropaya yönləndirilir. Beynəlxalq nəqliyyat dəhlizləri də önəmli rol oynayır. Artım statistikası daha çox olacaq. Bakı Limanının genişləndirilməsi layihəsi işlənilir. İllik yükaşırma 15 milyon tondan 25 milyona çatacaq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam