CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 8-də 99,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,68 dollar/barel azdır.
Yenixeber.org: Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 97,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,72 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,72 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 98,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,8 dollar/barel azdır.