Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Azərbaycan nefti bahalaşdı

 

"Azeri Light"ın barrelinin qiyməti bir gündə nisbətən 1,36 dollar artıb

 

"Xeberinfo.com":  CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 64,61 dollar/barel təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) şənbə günü Trend-ə verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən nisbətən 1,36 dollar/barel artıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.
SOCAR-dan bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 63,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,37 dollar/barel çoxdur.
Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 17-də 61,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti aprelin 17-də 61,78 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,32 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiyməti cari həftənin əvvəlindən artır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam