Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Günün xəbəri

Enerji Məsələlərini Tənzimləmə Agentliyi oktyabrda 461 müraciət qəbul edib

 

Bu ilin oktyabr ayında Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı bilavasitə və Energetika Nazirliyindən 461 müraciət daxil olub.

Yenixeber.org: Bu barədə qurumdan məlumat verilib.

Məlumatda deyilir ki, bunlardan elektrik enerjisi təchizatı ilə bağlı 50-si məlumat üçün olmaqla cəmi 405 müraciət, təbii qaz təchizatı ilə bağlı 7-si məlumat üçün olmaqla cəmi 45 müraciət, 2-si məlumat üçün olmaqla 11 müraciət isə digər məsələlərlə bağlı olub.

Ümumilikdə 461 müraciətdən 178 müraciət araşdırılıb və cavablandırılıb, 4 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Həmçinin 224 müraciət hazırda baxılma prosesindədir, 59 məlumat xarakterli müraciətdən 18-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam